“İranın cənub qonşuları şeytanların yalan iddialarından ehtiyatlı olmalıdırlar”
“İranın cənub qonşuları şeytanların yalan iddialarından ehtiyatlı olmalıdırlar”. AYNA.AZ xəbər verir ki, bu sözlər İranın dövlət televiziyasında Ali Rəhbər Müctəba Xameneyi adından yayımlanan açıqlamada əksini tapıb.
"Hazırda İranın cənub qonşularına deyirəm: siz bir möcüzəyə şahid olursunuz. Buna görə də düzgün baxın, düzgün başa düşün, düzgün tərəf tutun və şeytanların yalan vədlərindən ehtiyatlı olun", - deyə bəyanatda bildirilib.
Xameneyi həmçinin vurğulayıb ki, İran "cinayətkar işğalçıları" rahat qoymayacaq və ölkəyə dəyən ziyana görə təzminat tələb edəcək.