Xaçmazda zəlzələ baş verib

Xəbərlər

21.11.2023 - 21:58

Yeraltı təkanların maqnitudası 3,0 olub

Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

Bu barədə AYNA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş