Xaçmazda təbiətə 21 min manatdan çox ziyan vurulub

Xəbərlər

28.02.2025 - 00:28

Həkimlər Klinikalar SEO Xidməti

Qarabağlı kəndində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağacı qanunsuz kəsilib

Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağacının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən iki nəfər rayon sakini saxlanılıb.

Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər verildiyi müəyyən olunub.

Hazırda faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş