Xaçmazda qəza: minik avtomobilləri toqquşub

Hadisə

14.01.2025 - 17:33

Həkimlər Klinikalar SEO Xidməti

Ana və azyaşlı övladı xəsarət alıb

Bu gün Xaçmazda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA Azərtac-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Opel" və KİA markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Hadisə şahidləri KİA markalı avtomobildə olan ana və körpə övladının daha ağır xəsarətlər aldığını bildirib. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş