Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Xaçmaz şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli altı otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə, mətbəxinin tavanı və mətbəxdə olan ev əşyaları yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.