Xaçmazda dəniz sahilində kişi meyiti tapılıb

Hadisə

22.07.2023 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

Asif Ağayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş

Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kənd sahillərində kişi meyiti aşkarlanıb.

AYNA "Report"a istinadən məlumatına görə, araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Asif Balakişi oğlu olduğu müəyyənləşib.

Kənd sakinlərinin dediyinə görə, A.Ağayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş