Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Hadisə

16.02.2025 - 21:37

Həkimlər Klinikalar SEO Xidməti

Xaçmazda ölümlə nəticələnən ağır yol qəzası baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Xudat - Qusar avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qoz ağacına çırpılıb.

Nəticə sürücü, Xudat şəhər sakini Murad Məlikməmmədov hadisə yerində keçinib. Həmin avtomobildə olan sərnişin, Qusar rayon sakini Gülnar Hüseynova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş