Xaçaturyan delimitasiya üzrə komissiyaların reqlamentini imzalayıb

Xəbərlər

25.10.2024 - 14:42

cedabet dərman SEO Xidməti

Ermənistan Prezidenti sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti ilə bağlı reqlamenti imzalayıb

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti ilə bağlı reqlamenti imzalayıb. AYNA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 23-də Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş