“WhatsApp” Rusiya bazarını tərk edə bilər

Dünya

19.07.2025 - 16:55

“Messencer qeyri-dost yurisdiksiyadan proqram təminatı kimi yeni məhdudiyyətlərə məruz qalacaq”

Məşhur “WhatsApp” messenceri Rusiya daxili bazarını tərk edə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi sədrinin birinci müavini Anton Qorelkin xəbərdarlıq edib.

Sədr müavini bildirib ki, “WhatsApp” çox güman ki, qeyri-dost yurisdiksiyadan proqram təminatı kimi yeni məhdudiyyətlərə məruz qalacaq. Bu, onun fikrincə, messencerin demək olar ki, qaçılmaz olaraq Rusiya bazarını tərk etməsi deməkdir. Deputatın sözlərinə görə, onu yerli analoqla əvəz etmək olar.

Qorelkin yurisdiksiyası tam şəffaf olmayan “Telegram” ilə bağlı vəziyyəti də şərh edib. “Roskomnadzor” reyestrində onun Britaniyanın Virciniya adalarında qeydiyyata alındığı göstərilir, lakin şirkətin ofisi, onun sözlərinə görə, Rusiyanın qeyri-dost dövlət hesab etmədiyi BƏƏ-də yerləşir.

Deputat Anton Nemkin bu nöqteyi-nəzəri dəstəkləyərək belə bir xidmətin mövcudluğunun milli təhlükəsizlik baxımından zəiflik yaratdığını vurğulayıb. Bu xəbərlərə cavab olaraq, Kremlin sözçüsü Dmitri Peskov messencerin bloklanacağı ilə bağlı suala cavab olaraq “WhatsApp”ın Rusiya qanunlarına əməl etməyə borclu olduğunu bildirib.

Hər iki deputat alternativ olaraq milli messencer MAX-ın adını çəkib. Nemkinin fikrincə, bu, sadəcə əvəzetmə deyil, rəqəmsal çağırışlara strateji cavabın bir hissəsidir.

MAX xidməti geniş funksiyalar təklif edir: faylların ötürülməsi, audio və video zənglər, qrup konfransları və hətta daxili neyron şəbəkəsi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş