Vyetnamda qasırğa: qurbanları sayı 59-a çatıb

Dünya

09.09.2024 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 229 nəfər xəsarət alıb

Vyetnamda “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb. Hadisə nəticəsində 229 nəfər xəsarət alıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Məlumata görə, ən çox zərər ölkənin şimal-şərqindəki Quanqnin əyalətinə dəyib. Təbii fəlakət 110 min hektara yaxın çəltik plantasiyalarının su altında qalmasına səbəb olub.

Eyni zamanda, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi təchizatında və rabitədə fasilələr yaranıb.

Hazırda tayfun zəifləsə də, meteoroloqlar ölkənin 25 şimal əyalətindən 17-də torpaq sürüşməsi riskinin qaldığı barədə xəbərdarlıq edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş