Prezident Baş nazir vəzifəsini tuta bilər
Serbiya Prezidenti Aleksandr Vuçiç 2027-ci ildə səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti müddətə namizədliyini irəli sürmək niyyətində deyil. AYNA.AZ “Bloomberg”ə istinadən bildirir ki, bu barədə Prezidentin özü bəyan edib.
Baş nazir vəzifəsində çalışmaq istəyib-istəmədiyi barədə sualına cavab olaraq isə siyasətçi bildirib ki, "bu, baş verə bilər", çünki bu, onun “Serbiya Proqressiv Partiyasına lazımdır”.
Vuçiç həmçinin qeyd edib ki, həmin il parlament və prezident seçkiləri keçiriləcək.