Vitkoff: “Rusiya ilə Ukrayna arasında sülh mümkündür”

Dünya

27.07.2025 - 12:27

“Prezident Tramp haqlıdır: bu müharibə heç vaxt başlamamalı idi"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna arasında sülh sazişinin bağlanmasının mümkünlüyünə əmin olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Vitkoff “Fox News” telekanalına müsahibəsində deyib.

"Çünki bu baş verməlidir. Prezident Tramp haqlıdır: bu müharibə heç vaxt başlamamalı idi", - ABŞ rəsmisi vurğulayıb.

Vitkoffun fikrincə, ABŞ hakimiyyəti münaqişənin sona çatmasına nail ola biləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş