İlon Mask “Grokipedia” adlı onlayn ensiklopediyanı təqdim edib

Maraqlı

28.10.2025 - 12:03

Hazırda saytda süni intellektdən istifadə edərək yazılmış 800 mindən çox məqalə var

Amerikalı milyarder İlon Mask özünün “Grokipedia” adlı onlayn ensiklopediyanı təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “Vikipediya”nın analoqu olmaq üçün nəzərdə tutulmuş “Grokipedia” veb saytı 27 oktyabrda istifadəyə verilib.

Hazırda saytda süni intellektdən istifadə edərək yazılmış 800 mindən çox məqalə var. Qəzetin məlumatına görə, “Vikipediya”da təxminən 8 milyon məqalə var. Yeni onlayn ensiklopediyanın adı Maskın “xAI” şirkəti tərəfindən hazırlanmış süni intellekt “Grok”un adından götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş