Vətəndaşlara və turoperatorlara xəbərdarlıq

Cəmiyyət

27.02.2020 - 21:37

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusla bağlı tədbirlər görülməkdədir 

 

"Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik".

 

AYNA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciətində bildirilir. 

 

"Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar", - məlumatda vurğulanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş