Vətən müharibəsindən sonra MN tərəfindən 29 min ha minalardan təmizlənib

Xəbərlər

06.04.2023 - 19:27

Azad olunmuş ərazilər minalardan təmizlənir

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin (MN) mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi minalardan təmizlənib.

AYNA xəbər verir ki, bu barədə MN-in təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup Türkiyə və yerli media nümayəndələri üçün təşkil edilən media-turda bildirilib.

Qeyd olunub ki, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş