“Papa XIV Leo Trampın xarici siyasətini, İran münaqişəsini tənqid edərkən ritorikasında ehtiyatlı olmalıdır”
“Papa XIV Leo ABŞ Prezidenti Donald Trampın xarici siyasətini, o cümlədən İran münaqişəsini tənqid edərkən ritorikasında ehtiyatlı olmalıdır”. AYNA.AZ-ın “Bloomberg”ə istinadən məlumatına görə, bu sözləri ABŞ vitse-prezidenti Cey.Di.Vens deyib.
Xüsusilə, siyasətçi Roma Katolik Kilsəsinin liderinin "Tanrı qılınc tutanların tərəfində deyil" ifadəsini tənqid edib. Vens XIV Leonun sözlərinin ABŞ-ın Fransaya girib bir neçə nasist həbs düşərgəsini azad etdiyi İkinci Dünya müharibəsi hadisələrinə aid olub-olmadığını soruşub: "Necə deyə bilərsiniz ki, Tanrı heç vaxt qılınc tutanların tərəfində deyil? ABŞ vitse-prezidentinin ictimai siyasət məsələləri barədə danışarkən ehtiyatlı olması vacib olduğu kimi, inanıram ki, Papanın ilahiyyat məsələləri barədə danışarkən ehtiyatlı olması çox, çox vacibdir".