Vaşinqtondakı hadisədən sonra III Çarlz ABŞ səfərini təxirə sala bilər

Dünya

27.04.2026 - 09:07

"Əlahəzrətləri hadisə və sonrakı proseslər barədə tam məlumatlandırılır”

Vaşinqtonda baş verən hadisədən sonra Böyük Britaniya Kralı III Çarlzın dövlət səfərinin proqramı dəyişdirilə bilər. AYNA.AZ-ın TASS-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Bukinqem Sarayından bildirilib.

"Əlahəzrətləri hadisə və sonrakı proseslər barədə tam məlumatlandırılır. O ABŞ Prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və bütün qonaqların xəsarət almadığını öyrənəndə çox rahatladı. Şənbə axşamı baş verən hadisələrin səfərin planlaşdırmasına nə dərəcədə təsir göstərə biləcəyi və ya təsir etməməsi ilə bağlı amerikalı həmkarlarla müzakirələr aparılır", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş