"Vaqner" muzdluları Belarus ordusu ilə birgə təlimlərə başlayıb - FOTOLAR

Dünya

20.07.2023 - 13:35

Bir həftə ərzində Belarus hərbçiləri “Vaqner” muzdluları ilə birlikdə döyüş hazırlığı tapşırıqlarını işləyəcəklər

Belarus Silahlı Qüvvələri liderləri Yevgeni Priqojinin Rusiya Federasiyasındakı uğursuz qiyamından sonra ölkəyə gələn “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri ilə birgə təlimlər keçirir. AYNA xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, “Vaqner” döyüşçüləri Brestski poliqonunda Belarus hərbçiləri ilə birgə təlimə başlayıblar: “Bir həftə ərzində Belarus Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri “Vaqner” nümayəndələri ilə birlikdə Brestski poliqonunda döyüş hazırlığı tapşırıqlarını işləyəcəklər”.

Belarus Müdafiə Nazirliyi təlimdən görüntüləri də yayımlayıb.

Qeyd edək ki, Priqojinin Rusiya Federasiyasındakı uğursuz üsyanından sonra "Vaqner” lideri Belarusa, muzdluları isə səhra düşərgələrinə yerləşməli olublar. Bundan əvvəl bir sıra KİV-də Belarusa Rusiyadan texnika karvanlarının gəlməsi ilə bağlı xəbərlər yayılıb.

"Vaqner" muzdluları Belarus ordusu ilə birgə təlimlərə başlayıb - "Vaqner" muzdluları Belarus ordusu ilə birgə təlimlərə başlayıb - "Vaqner" muzdluları Belarus ordusu ilə birgə təlimlərə başlayıb -
Müəllif: Turan Abdulla