Kinorejissor uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib
SSRİ-nin və Rusiyanın tanınmış kinorejissoru Valeri Rıbarev 86 yaşında vəfat edib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, Belarus Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bildirilib ki, sənətkar uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Leninqrad Dövlət Teatr və Kino İnstitutunun məzunu olan Rıbarev "Tonej arvadları", "Özgə vətən", "Şahid" və bir çox digər filmləri ekranlaşdırıb.