Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

26.03.2022 - 19:28

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 854 vaksin vurulub.

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, son gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 750, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 391, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 368 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 395 825, birinci doza peyvəndlərin ümumi sayı 5 320 787, ikinci doza vaksinlərin sayı 4 817 513 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 031 776, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 749 olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş