Marko Rubio işçi qrupa rəhbərlik edəcək
Ukrayna üçün təhlükəsizlik təminatlarını işçi qrup hazırlayacaq.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki,ABŞ-ın dövlət katibi Marko Rubio Ukraynanın təhlükəsizliyinə təminatlar hazırlamaq üçün NATO-nun işçi qrupuna rəhbərlik edəcək.
Qrupa milli təhlükəsizlik üzrə müşavirlər və NATO nümayəndələri daxil olacaq.
Hazırlanacaq təminatlar paketi dörd əsas elementi əhatə edəcək: hərbi mövcudluq, hava hücumundan müdafiə sistemi, silah tədarüki və atəşkəsin pozulmamasına nəzarət.