“Biz hasilatı artırmaq üçün dünya üzrə 15-20 milyard dollar tapmalıyıq”
Ukraynanın öz hərbi istehsalını genişləndirmək üçün 20 milyard dollara qədər maliyyəyə ehtiyacı var. AYNA xəbər verir ki, bu barədə Davosda Dünya İqtisadi Forumunda ölkənin strateji sənaye baziri German Smetanin “Bloomberg”ə müsahibəsində deyib.
“Əksər hallarda bizim maliyyə imkanlarından daha çox imkanımız var. Biz hasilatı artırmaq üçün dünya üzrə 15-20 milyard dollar tapmalıyıq”, - nazir bildirib.
Nazir Ukraynanın silah, o cümlədən uzaqmənzilli raketlər və pilotsuz təyyarələrin istehsalını artırmaq niyyətinə diqqət çəkib. Smetanin onu da qeyd edib ki, xarici yardımdan çox asılı olan Ukrayna iqtisadiyyatı hərbi istehsal ehtiyaclarının yalnız yarısını maliyyələşdirə bilir.