Ukraynanın hava hücumundan müdafiəsi gücləndirilir: Almaniya ilə saziş imzalanıb

Dünya

20.10.2024 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Sənəd G7 ölkələrinin Müdafiə Nazirliyi rəhbərlərinin Neapolda keçirilən görüşü çərçivəsində imzalanıb

Ukrayna və Almaniyanın müdafiə nazirləri Rustem Umerov və Boris Pistorius Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üzrə təcili tədbirlər haqqında saziş imzalayıblar. AYNA-nın xəbərinə görə, hər iki nazir sosial şəbəkə hesablarında bildiriblər ki, sənəd G7 ölkələrinin Müdafiə Nazirliyi rəhbərlərinin Neapolda keçirilən görüşü çərçivəsində imzalanıb.

Almaniya Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki məlimatında qeyd olunub ki, Berlinin IAAD (Havadan Müdafiə üzrə Dərhal Fəaliyyət) təşəbbüsü çərçivəsində bağlanmış saziş Almaniyaya tərəfdaşlarla birlikdə Kiyevin hava hücumundan müdafiə sistemlərinin alınmasını sürətləndirməyə imkan verəcək.

Rüstəm Umerov isə deyib ki, layihəyə daha dörd ölkə qoşulacaq: Belçika, Norveç, Hollandiya və Danimarka.

"Saziş, imzalayan ölkələrin Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş birgə layihələrə töhfə verəcəyi və ya öz layihələrini maliyyələşdirəcəyi tənzimləmələri nəzərdə tutur", - ukraynalı nazir "Facebook" səhifəsində Almaniyaya təşəkkürünü bildirərkən yazıb.

Bu həftənin əvvəlində Almaniyanın Ukraynaya iki hava hücumundan müdafiə sistemini təhvil verdiyi bildirilir: orta mənzilli IRIS-T SLM və qısa mənzilli IRIS-T SLS.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş