Ukraynadan ilk taxıl gəmisinin yola düşəcəyi vaxt açıqlanıb

Xəbərlər

26.07.2022 - 15:28

cedabet dərman SEO Xidməti

Nazir: "Bizdən asılı olan hər şeyi edirik ki, bu həftə taxıl daşıyan gəmilər yola düşsün" 

Ukraynanın Çernomorsk limanından taxıl daşıyan ilk gəmi sabah yola düşəcək. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov deyib. 

Nazirin sözlərinə görə, işlərin yaxın günlərdə başlayacağı gözlənilir.

"Bu həftə İstanbulda koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bizdən asılı olan hər şeyi edirik ki, bu həftə taxıl daşıyan gəmilər yola düşsün", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş