Ukraynada MiQ-29 qəzaya uğrayıb

Dünya

23.08.2025 - 14:32

Hadisə nəticəsində pilot həlak olub

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin MiQ-29 qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı qəzaya düşüb. Hadisə nəticəsində pilot həlak olub.

“2025-ci il avqustun 23-nə keçən gecə 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən həlak olub”, – məlumatda qeyd olunub.

Qəzanın səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş