Ukraynada insanların sığındığı binaya zərbə endirilib - FOTO

Aktual

16.06.2022 - 21:37

Həkimlər Klinikalar SEO Xidməti

İlkin məlumatlara görə, 4 nəfər həlak olub 

Rusiya ordusu Ukraynanın Lisiçanska rayonuna hava zərbələri endirib. AYNA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Facebook”da məlumat yayıb. Məlumata görə, insanların sığındığı binaya zərbələr endirilib.

“Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini çıxarıb”, - deyə məlumatda bildirilir. Aviazərbə nəticəsində binanın dağıldığı qeyd edilir.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Rayon Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi hadisə yerində işləyir.

Ukraynada insanların sığındığı binaya zərbə endirilib - Ukraynada insanların sığındığı binaya zərbə endirilib - Ukraynada insanların sığındığı binaya zərbə endirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş