Ukraynada güllələnən azərbaycanlı tələbələr deportasiya olunub

Xəbərlər

03.09.2020 - 14:55

cedabet dərman SEO Xidməti

Səbəb kimi xuliqanlıq və istintaqın gedişini yayındırmaq göstərilib

 

Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı hücuma məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar. AYNA bildirir ki, Kiyev şəhər Peçerskiy rayon polisindən “Report”-a verilən məlumata görə, polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında hər iki şəxs barəsində məhkəmə tərəfindən Azərbaycana deportasiya olunma qərarı verilib.

 

Deportasiyaya səbəb kimi xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.

 

Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində yaralanmışdı. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş