Ukrayna və Serbiya ombudsmanlarından ölkəmizə dəstək

Xəbərlər

05.10.2020 - 08:44

cedabet dərman SEO Xidməti

Hər iki məktubda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya Ukraynanın İnsan Hüquqları üzrə Parlament Müvəkkili və Serbiya Vətəndaşlarının Müdafiəçisi tərəfindən dəstək məktubları ünvanlanıb.

 

Ombudsman Aparatından AYNA-ya bildirilib ki, Ukrayna və Serbiyadan olan həmkarları Ombudsmana məktublarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində yerləşən yaşayış məntəqələrinin hədəfə alınması ilə ağır artilleriyadan atəşə tutulması və insan tələfatı ilə nəticələnən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

 

Hər iki məktubda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş