Ukrayna “Telegram”ı bloklamaqdan imtina edib

Dünya

27.08.2024 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna hakimiyyəti ölkədə “Telegram” messencerini bloklamağı düşünsə də, bu ideyadan imtina edib

Ukrayna hakimiyyəti ölkədə “Telegram” messencerini bloklamağı düşünsə də, bu ideyadan imtina edib. AYNA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” hakimiyyətdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, messencerin bloklanması variantına bir neçə ay əvvəl baxılıb və Ukrayna Prezidenti Volodimir Zelenskiyə belə qərarın müsbət və mənfi tərəfləri ilə bağlı analitik sənəd təqdim edilib.

Qeyd edilib ki, bloklama Ukraynada “App Store” və “Play Market”də yükləmək mümkün olmayan “VKontakte” və “Odnoklassniki” sosial şəbəkələrinin analoqu ilə həyata keçirilə bilər.

Bundan əvvəl Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov “Telegram” messencerinin ölkə üçün problem olduğunu bildirmişdi. Onun fikrincə, “demokratik cəmiyyətdə” öz mövqeyini ifadə etmək anonimliyin olmaması ilə müşayiət olunmalı və “Telegram” kanalları media kimi qeydiyyatdan keçməyə məcbur edilməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş