Kommünike Volodimir Zelenski və Əhməd əl-Şaraanın iştirakı ilə imzalanıb
Ukrayna və Suriya Kiyevin təşəbbüsü ilə kəsilən diplomatik münasibətləri bərpa edib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən (XİN) qeyd olunub.
Diplomatik münasibətlərin qurulmasına dair kommünike BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraanın iştirakı ilə imzalanıb.
Qeyd edək ki, Ukrayna 2022-ci ildə Dəməşqin Donetsk və Luqanskdakı qondarma rejimləri tanımaq qərarından sonra Suriya ilə diplomatik əlaqələri kəsib.