Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib

Dünya

18.02.2026 - 12:49

Sanksiyalar 10 il müddətinə tətbiq olunub

Ukrayna Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketi tətbiq edib. AYNA.AZ xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski bunu “Telegram” kanalında açıqlayıb.

Zelenski yazıb: "Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketi tətbiq edib”.

Zelenski bu tədbirin Belarusun Rusiya ilə əməkdaşlığı, xüsusən də Rusiyanın "Oreşnik" raket sisteminin onun ərazisində yerləşdirilməsi ilə bağlı olduğunu izah edib.

Ukrayna lideri əlavə edib ki, Kiyev bu məsələ ilə bağlı "tərəfdaşlarla işləyəcək".

Zelenskinin saytında yerləşdirilən sənədə görə, sanksiyalar 10 il müddətinə tətbiq olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş