Ukrayna hökuməti kadr dəyişikliyinə hazırlaşır

Dünya

20.06.2025 - 17:52

cedabet dərman SEO Xidməti

Deputat: “Ukraynanın müdafiə nazirinin müavini Kalmıkova əvəzlənəcək”

Ukraynanın müdafiə nazirinin müavini, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova əvəzlənəcək. 100 faiz zəmanət var”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının xalq deputatı Oleksiy Qonçarenko “Telegram” kanalında yazıb.

"Bir neçə insayder məlumat var. Hökumət kadr dəyişikliklərinə hazırlaşır və ən çox ehtimal edilən dəyişikliklərdən biri veteranlar naziridir", - bildirib.

Ukrayna parlamentarisinin sözlərinə görə, Kalmıkovanın istefasına səbəb veteranlar və hərbçilərlə ünsiyyətin olmamasıdır.

İyunun 13-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-dakı missiyasının rəhbərini dəyişib. 2021-ci ildən bu vəzifədə çalışan Nataliya Qalibarenko vəzifəsindən azad edilib. Bu vəzifə Alena Getmançuka həvalə ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş