Ukrayna Həştərxan limanında İrandan PUA daşıyan gəmini vurub

Dünya

15.08.2025 - 11:47

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki dəniz limanına zərbə endirib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki dəniz limanına zərbə endirib.

AYNA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, zərbə nəticəsində İrandan “Şahed” pilotsuz uçuş aparatları üçün komplektləşdirici hissələr daşıyan gəmi vurulub.

Qeyd olunur ki, bu liman Rusiya tərəfindən İrandan hərbi təyinatlı yüklərin tədarükü üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş