Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Aktual

15.05.2022 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya təxminən 27 400 hərbçisini itirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Baş Qərargahın feysbuk səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya təxminən 27 400 hərbçisini itirib. Həmçinin 95 qanadlı raket, 2 958 zirehli döyüş maşını, 1 220 tank, 555 artilleriya sistemi, 200 təyyarə, 164 helikopter vurulub.

Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri Avdeyevski və Kuraxovski istiqamətlərində müşahidə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş