Ukrayna Azərbaycanlıları Radasının qurultayı keçiriləcək

Xəbərlər

21.12.2021 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

UAR-ın fəaliyyətini təmin etmək məqsədilə təşkilatlanma və birləşmə prosesinin davam etdirilməsi qərara alınıb

Kiyevdə Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının iştirakı ilə Ukrayna Azərbaycanlıları Radası (UAR) İdarə Heyətinin görüşü keçirilib. Bu barədə AYNA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, görüşdən əvvəl iştirakçılar Ukrayna paytaxtında ulu öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət ediblər, əklil və gül dəstələri düzüblər. 

Sonra UAR-ın qərargahında keçirilən iclasda təşkilatın fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə edilib. DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli UAR-ın fəaliyyətini, xüsusilə pandemiya və Vətən müharibəsi dövründə gördüyü işləri yüksək qiymətləndirib.

Görüşdə UAR-ın bundan sonra da səmərəli fəaliyyətini təmin etmək məqsədilə təşkilatlanma və birləşmə prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb. UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və İdarə Heyətinin üzvləri çıxış edərək, gələn ilin birinci yarısında Radanın təsis qurultayından sonra ilk hesabat-seçki qurultayının keçirilməsini təklif ediblər. 

Eyni zamanda, növbəti ildə təşkilatlanma ilə yanaşı, təbliğat işinin gücləndirilməsi, lobbiçilik, soydaşlarımızın inteqrasiyası, hüquqlarının qorunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər müzakirə edilib və bir sıra vacib qərarlar qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş