Səfir əvvəllər Xerson vilayətinin qubernatoru vəzifəsində çalışıb
Ukrayna Qusev Yuri Veniaminoviçi Azərbaycana yeni səfir təyin edib.
AYNA xəbər verir ki, müvafiq sərəncamı bu gün Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.
Qeyd edək ki, Qusev əvvəllər Xerson vilayətinin qubernatoru vəzifəsində çalışıb, 2020-ci ildə isə “Ukroboronprom” Dövlət Konserninin direktoru təyin edilib. 2023-cü ildə Zelenski Qusevi bu vəzifədən azad edib.