Viktoriya Nuland: “Kiyev İstanbulda müzakirə edilən sülh sazişi layihəsindən yalnız Qərbə görə imtina edib”
“Ukrayna ABŞ-la məsləhətləşmələrdən sonra 2022-ci ildə Rusiya ilə bağlanmış İstanbul razılaşmalarından çıxdı”. AYNA bildirir ki, bu sözləri ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland rusiyalı jurnalist Mixail Zıqara müsahibəsində deyib.
“Türklər bir yer təklif etdilər və biz otaqda belə deyildik. Əslində, biz sövdələşmənin təfərrüatlarından o qədər də xəbərdar deyildik. Ancaq danışıqların sonunda ukraynalılar məsləhətləşmək istədilər. Ukrayna nümayəndə heyəti bu sövdələşmənin yaxşı olub-olmaması ilə bağlı suallar verməyə başladı. Və elə həmin an razılaşma bitdi”, - deyə siyasətçi bildirib.
Nuland əlavə edib ki, ABŞ nöqteyi-nəzərindən razılaşmanın detalları Ukrayna tərəfi üçün faydalı olub. Onun sözlərinə görə, Ukraynada bir çox siyasətçilər bu faktı bilirdilər və əldə olunan razılaşmaları həyata keçirmək istəmirdilər.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb və Ukrayna Rusiyaya strateji məğlubiyyət yaşatmaq üçün 2022-ci ildə İstanbul müqavilələrini bağlamaqdan imtina ediblər. Rusiya lideri qeyd edib ki, Kiyev İstanbulda müzakirə edilən sülh sazişi layihəsindən yalnız Qərbə görə imtina edib.