UEFA “Qarabağ”ı cərimələdi

İdman

21.10.2019 - 03:02

Azarkeşlərin meydana kənar əşyalar atmasına görə "Qarabağ" cərimələnib

 

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” UEFA tərəfindən 8 min avro məbləğində cərimələnib.

 

AYNA xəbər verir ki, buna Ağdam klubunun "Sevilya" ilə Bakıda keçirdiyi görüşdə yerli azarkeşlərin meydana kənar əşyalar atması səbəb olub.

 

Qərarı UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi verib.

 

Müəllif: Ayna.az