İyulun 22-də turun son iki matçı keçiriləcək
İngiltərə Premyer Liqasında XXXVII turun daha bir oyunu keçirilib. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, "Mançester Siti" "Uotford"un qonağı olub.
Çempionatda ikinci pillədəki yerini təmin edən "şəhərlilər" rəqibi üzərində böyükhesablı qələbə qazanıb. Bu məğlubiyyət "Uotford"un elitada qalmaq şansını riskə atıb.
Qeyd edək ki, iyulun 22-də turun son iki matçı keçiriləcək.
İngiltərə Premyer Liqası
21 iyul
XXXVII tur
"Uotford" - "Mançester Siti" - 0:4
Sterlinq, 31, 40; Foden, 63; Laporte, 66