Rəqibini dişləyən futbolçu cəzalandırıldı

İdman

13.09.2019 - 19:44

Futbolçu "Vest Hem"ın U-23 kollektivi ilə görüşdə rəqibini dişləyib

 

İngiltərə Futbol Assosiasiyası "Nyuport Kaunti"nin futbolçusu Rayan İnnissə rəqibini dişlədiyinə görə 5 oyunluq cəza verib.

 

AYNA xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının "Twitter" səhifəsinə məlumat verilib. 

 

Qeyd edək ki, futbolçu "Vest Hem"ın U-23 kollektivi ilə görüşdə rəqibini dişləyib. Bu səbəbdən də o, 4:5 hesabı ilə uduzduqları Futbol Liqası Kuboku matçına görə cəzalandırılıb.

 

Futbolçuya əvvəlçə 3 oyunluq cəza verilsə də, sonradan bu, 5 oyuna yüksəldilib. 

Müəllif: Ayna.az