UEFA “Qarabağ”a pul ayırıb

İdman

12.07.2023 - 16:26

“Qarabağ”a 27 min 943 avro maliyyə vəsaiti ayrılıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib.

Qeyd edilib ki, UEFA ötən mövsüm Konfrans Liqasının pley-offunda iştirak etdiyi üçün “Qarabağ”a 27 min 943 avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

Müəllif: Ayna.az