Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək

Xəbərlər

08.04.2022 - 16:03

Növbəti iclas bu ay Moskvada baş tutacaq

Cənubi Qafqazda regional əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, növbəti iclas bu ay Moskvada keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş