Ucarda "TIR"ın vurduğu piyada ölüb

Hadisə

25.11.2023 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Ucarda "TIR" markalı yük avtomobili yolu keçmək istəyən şəxsi vurub. Piyada hadisə nəticəsində ölüb.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yük avtomobili piyada, Ucar rayon sakini Tapdıq adlı şəxsi vurub.

Ağır xəsarət alan zərərçəkən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş