Ucarda qəza olub, xəsarət alan var

Hadisə

31.05.2024 - 01:50

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib

Ucarda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə "Hyundai" markalı minik maşını toqquşub. Nəticədə minik maşınında olan sərnişin, rayonun Qaradağlı kənd sakini, 1979-ci il təvəllüdlü Yusif Abdulla oğlu Əhmədov müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlər zərərçəkənin kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət