Üç yaşınadək uşaqlara görə verilən müavinət artırılacaq

Xəbərlər

25.03.2020 - 03:39

Həkimlər Klinikalar SEO Xidməti

Bu 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb

 

Azərbaycanda üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlər görüləcək.

 

AYNA xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

 

Sazişə əsasən, hər üç qurum uşağın 3 (üç) yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqəsdiləmüvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi öhdəliyini götürüb.

 

Bununla yanaşı uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddət uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanacaq.

 

Sazişə əsasən, tərəflər uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqəsdilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi barədə öhdəlik götürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş