Mürəkkəb relyefli dağlıq ərazidə 3 ha sahədə quru ot və kol-kos yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Oğuz rayonunun Mollalı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.
İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 3 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.