Tütün üçün aksiz dərəcəsi azaldılır

Xəbərlər

09.12.2022 - 12:18

Aksizin 30 manatdan 22 manata endirilməsi təklif olunub

Tütün üçün aksiz dərəcəsi azaldılır. AYNA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenleşdirilmis" va ya "bərpa edilmiş tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına tətbiq edilən aksizin 30 manatdan 22 manata endirilməsi təklif olunub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az