“Türklər qatil, yəhudilər dağıdıcı millətdir” - <font color=red> Erməni nifrətinin təzahürü</font>

Maraqlı

14.08.2020 - 23:16

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanda yəhudilərə qarşı ittihamlar səsləndirilir ki, onlar qondarma "erməni soyqırımı"nda türklərə fəal kömək ediblər

 

Son illərdə erməni təbliğatı çox vaxt təkzibi çox asan olan yalanlar yaymaqla, necə deyərlər, büdrəyir. Bu, Ermənistan-Azərbaycan sərhədində iyul ayının eskalasiyası günlərində, Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin Azərbaycan Ordusuna vurduğu “əhəmiyyətli ziyan” barədə nağıllar yaydığı zaman də nəzərə çarpdı.

 

Maraqlıdır ki, Ermənistan mediası ilə yanaşı, Rusiyanın “Rossiya Seqodnya” beynəlxalq xəbər agentliyinin erməni bölməsi - "Sputnik Ermənistan" da Azərbaycanla informasiya müharibəsində fəal iştirak edir. Bu dəfə sayt Ermənistanın yəhudi icmasının, Azərbaycan əsilli israilli ekspert Arye Qutun “Facebook” səhifəsində, İrəvandakı Holokost qurbanlarına həsr olunmuş abidəsinin erməni vandalları tərəfindən təhqir olunmuş fotoşəklinin yayımlanması münasibətilə press-relizini yaydı.

 

Əvvəla, Ermənistanın yəhudi icmasının Azərbaycan əsilli şəxsə qarşı ittihamları olan press-relizi yayan erməni nəşrinin olmadığı diqqət çəkir. Bu addımla "Sputnik Ermənistan" artıq nçənci dəfə beynəlxalq aləmdə Rusiyanın maraqlarına xələl gətirir.

 

Ancaq Ermənistanın yəhudi icmasının mətbuata ötürdüyü press-relizə qayıdaq. Məlum oldu ki, bu təşkilat "fotoşopdan istifadə edən Arye Qutun” soyqırım və Holokost qurbanlarına abidənin təhqir olunduğu barədə yaydığı fotoşəkilin həqiqətə uyğun olmadığını açıqlayıb. “Bu hərəkətin səbəbi bəllidir - xalqlarımız arasında nifaq yaratmaq”, - deyə Ermənistan yəhudi icmasının bəyanatında vurğulanır.

 

Çox istərdim ki, Ermənistanın yəhudi icması 19 oktyabr 2010-cu ildə baş verənləri xatırlasın. Həmin gün İrəvanda Holokost qurbanlarının xatirəsinə qoyulan abidə təhqir edildi. Arye Qut da məhz bu şəkli özünün “Facebook” səhifəsində yerləşdirib. Ermənistanın yəhudi icmasının səylərinə baxmayaraq, fotunun kollaj olmaması dəqiqdir. Ən azından, Ermənistanın yəhudi icmasının sədri Rimma Varjapetyan-Feller dəqiq bilir ki, bu fotoşəkil saxta deyil, çünki o vaxt məhz icma sədri Ermənistanın baş ravvini Qerş Meir Burştein ilə birgə bu vandalizm aktını pisləyən bəyanata imza atmışdı. Erməni mətbuatı da bu barədə yazı və fotolar vermişdi. https://rus.azatutyun.am/a/2196302.html

 

Bütün bu faktlara baxmayaraq, yəhudi icmasının hazırkı açıqlamasında vurğulanır ki, guya, "Ermənistanda antisemitizm yoxdur və olmayıb da". Bəs onda İrəvandakı Holokost qurbanlarının xatirəsinə həsr olunan abidənin dəfələrlə təhqir edilməsi antisemitizm deyilsə, nədir?

 

Bir çox faktlar Ermənistandakı antisemitizmin hansı səviyyədə olmasını sübut edir. “Pew” Araşdırma Mərkəzinin (Pew Research Center) keçirdiyi bir sosioloji sorğunun nəticələrinə görə, Mərkəzi və Şərqi Avropa ölkələri arasında Ermənistan əhalisinin yəhudilərə qarşı ən dözümsüz olduğu ortaya çıxıb. “Pew” 2015-ci ilin iyunundan 2016-cı ilin iyulunadək Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində tədqiqat aparıb. Yayılan məlumatlara görə, Ermənistan sakinlərinin 32%-i yəhudiləri öz ölkələrinin vətəndaşları arasında görmək istəmir. Bu, sorğunun keçirildiyi bütün ölkələr arasında ən yüksək antisemitizm göstəricisidr.

 

Avrasiya Yəhudi Konqresinin saytında yerləşdirilən "Ermənistandakı Antisemitizm (2002-2006)" hesabatında qeyd olunur ki, erməni-yəhudi münasibətləri, digər faktorlarla yanaşı, faşist Almaniyası ilə əməkdaşlıq edən, erməni legionu batalyonlarının komandiri, daşnak, general Dronun (Drastamat Kanayan) qəhrəmanlaşdırılması ilə kölgələnir.

 

Digər bir fakt: “WikiLeaks” saytı ABŞ Dövlət Departamentinin 2008-ci il tarixli sənədindən çıxarışlara istinad edir. Orada qeyd edilir ki, Ermənistan mətbuatı müxalifəti, xüsusən də keçmiş Prezident, həyat yoldaşı yəhudi olan Levon Ter-Petrosyanı qaralamaq üçün antisemitizmdən istifadə edib.

 

Ermənistanda yəhudilərə qarşı qondarma "erməni soyqırımı"nda onların türklərə fəal kömək etdikləri barədə tez-tez ittihamlar səsləndirilir. Məsələn, Ermənistan Xalq Partiyasının lideri, prezidentliyə namizəd olmuş Tiqran Karapetyan yəhudilərin "erməni soyqırımı"nın təşkilində birbaşa iştirak etdiyini bildirib. Və "Erməni-Ari Ordeni" millətçi partiyasının sədri Armen Avetisyan 2005-ci ilin yanvarında ermənilər və yəhudilər arasında millətlərarası nifrət oyatmaq cəhdlərinə görə tutulsa da, lakin şərti cəza ilə azadlığa çıxdı.

 

2002-ci ilin fevral ayında Yerevan Yazıçılar Evində Romen Yepiskoposyanın erməni və rus dillərində nəşr etdiyi "Milli sistem" kitabının təqdimatı keçirildi. Bu kitabda türklər "qatil millət", yəhudilər isə "dağıdıcı millət" olaraq xatırlanır. Kitabın "XX əsrin ən böyük saxtalaşdırılması" fəslində müəllif əsassız olaraq, "Holokostun bir mif olduğunu" bəyan edir.

 

Bundan əlavə, 1918-1919-cu illərdə Azərbaycanda öldürülmüş və işgəncə verilən onminlərlə yəhudi erməni millətçilərinin vicdanına yazılıb. O zaman indiki Quba bölgəsinin ərazisində yaşayan Dağ Yəhudiləri dinc müsəlman əhalinin qanını tökmək təklifinə qarşı çıxaraq, erməni dəstələri ilə ittifaqa girməkdən imtina. Bu, Azərbaycan yəhudilərinin erməni millətçiləri tərəfindən kütləvi qırğınlarına səbəb oldu.

 

Bütün bu baş verənlərdən sonra Ermənistan yəhudi icması bu ölkədəki yəhudilərə heç bir təhlükə olmadığını və Arye Qutın təxribatçı olduğunu iddia edir ...

Müəllif: Asif Aydınlı

Simurq

Dünən, 16:45 Mədəniyyət