Dəniz qızı arzu edirdi, tilovuna dəniz şeytanı düşdü - <font color=red> FOTO</font>

Maraqlı

01.07.2019 - 22:00

Həkimlər Klinikalar SEO Xidməti

Tilovuna düşmüş canlını görən balıqçı həyatının şokunu yaşayıb


Avstraliyada tilovla balıq tutan Trapman Bermaqui adlı şəxsin tilovuna bədheybət canlı düşüb. AYNA bu barədə xarici mediaya istinadən xəbər verir. 

 

Avstraliyanın ən böyük şəhəri olan Sindeydə dənizdən balıq tutan Bermaqui tilovun ucunda ağırlıq hiss edib. Tilovu yuxarı çəkib ovunu gördükdə isə qorxulu anlar yaşayıb. Çünki tilovun ucunda şəffaf rəngli, qeyri-adi canlı sallanırmış. 

 

Özünə gələndən sonra balığı qarmaqdan çıxararaq masanın üzərinə qoyub və bədheybət canlının fotosunu çəkib. 

Bermuqui çəkdiyi fotonu sosial şəbəkədəki hesabından paylaşaraq bunları yazıb: "Bunun nə olduğuna dair heç bir məlumatım yoxdur. Sizcə bu nədir?"

 

Fotoya şərh yazan insanlar bədheybətin "haplophryne" olduğunu bildiriblər. El dilində dəniz şeytanı adlandırılan canlının dənizin 2.250 metr dərinliyində yaşadığı qeyd olunub.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət