Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir - VİDEO

Siyasət

23.10.2023 - 21:22

Türkiyəli nazir “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini izləyəcək

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.

Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş